FİZİKİ ŞƏXSLƏR ÜÇÜN BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTA

Biz sağlamlığımıza təsir edəcək hadisələri əvvəlcədən görmək iqtidarında deyilik. Amma biz zədə, xəstəlik və ailə üzvlərindən birinin ölümü kimi gözlənilməz hallarla bağlı maliyyə xərclərindən özümüzü və ailəmizi qoruya bilərik. Sadəcə AXA MBASK Sığorta Şirkətində bədbəxt hadisələrdən sığorta polisini almaq kifayətdir.

Sığorta riskləri:

  • Bədbəxt hadisə nəticəsində sığortalının ölümü,
  • Bədbəxt hadisə nəticəsində ümumi iş qabiliyyətinin azalması və ya itirilməsi,
  • Bədbəxt hadisə və ya xəstəlik nəticəsində ümumi iş qabiliyyətinin qismən itirilməsi,
  • Tibbi xərclərin ortaya çıxması.
  •  

Sığorta məbləği və tarif:

  • Sığorta məbləği sığortalanmış hər bir risk üçün ayrılıqda müştəri tərəfindən AXA MBASK Sığorta Şirkəti ilə razılaşdırılmaqla təyin olunur.
  • Sığorta tarifi sığortalanan risklərdən, sığorta məbləğindən, sığortalının cinsindən və yaşından asılı olaraq təyin olunur.

Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərdən sığortası

Siz, hər dəfə səfər edərkən sağlamlığınızı kimə etibar etdiyiniz barədə düşünürsünüzmü? Əgər Siz özünüz və yaxınlarınız üçün bizim “Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərdən sığortasını” əldə etsəniz bu barədə narahat olmağınıza ehtiyac duyulmayacaq.

İnter Partner Assistance beynalxalq assistant şirkətinin koordinasiya mərkəzinin vasitəsi ilə, ən qisa zamanda dünyanın ən yaxşı tibbi müəssisələrində Sizin üçün keyfiyyətli xidmət,  yüksək ixtisaslı mütəxəssislər Sizin xidmətinizdə olacaqlar. Sığorta baş verdikdə İnter Partner Assistance şirkətinin xidmət mərkəzi tibbi yardımın göstərilməsini təmin edir, müalicə gedişatına nəzarət edir və diğər xidmətlər göstərir

Sığortalı şəxs aşağıda qeyd olunan xidmətlərdən yararlana bilər

* Tibbi xidmətlər (təcili yardım, diaqnostika, müalicə,qospitallaşdırma, cərrahi müdaxilə, tibbi preparatların təchizatı) ;

* Tlbbi evakuasiya, repatriasiya, ölümdən sonraki repatriasiya: habeləxəstəliklə əlaqədar konsultasiya və nəqliyyat xərclərin ödənilməsi

Müqavilə həm də bədbəxt hadisələrdən sığorta təminatını nəzərdə tutur.

AXA MBASK Sığorta Şirkəti

Qafarov Teymur (siğorta agenti)

Ünvan: İşəri şəhər, A.Zeynallı küç.11

Tel: 055 856 71 93, 070 595 28 88

E-mail: teymur@khazar-sa.az

Tim_insurance@yahoo.com