FİZİKİ ŞƏXSLƏRİN AVTOMOBİLLƏRİNİN SIĞORTASI

AXA MBASK Sığorta Şirkəti uzun illərdir ki, Azərbaycanda avtomobil sığortasında liderdir.
Avtomobil sığortası bazarında çoxillik şirkət təcrübəsinə görə AXA MBASK Sığorta Şirkəti ən müxtəlif tipli müştərilərlə unikal iş təcrübəsinə malikdir. AXA MBASK Sığorta Şirkətinin sığortaladığı on minlərlə avtomobil arasında premium sinfə aid bahalı avtomobillər olduğu kimi adi avtomobillər də var.

Fiziki şəxslərin avtomobillərinin sığortası aşağıdakı şərtlər üzrə həyata keçirilir:

Üstünlüklər:

  • DYP-dən sənədlərin toplanması, təmir vaxtı avtomobil icarəsi üzrə xərclərin ödənilməsi, hüquqi kömək və digər bu kimi çoxlu sayda əlavə opsiyalar,
  • Hadisə yerindən avtomobilin evakuasiyası (qeyri-məhdud dəfə),
  • Avtomobilin təmirinin ancaq AXA MBASK Sığorta Şirkətinin tərəfdaşları kimi təsdiq olunmuş ixtisaslaşdırılmış təmir mərkəzlərində aparılması,
  • Zəmanətli və yeni avtomobillərin təmirinin ancaq istehsalçı zavodun rəsmi nümayəndəliklərində aparılması,
  • Kiçik məbləğdə zərərin hadisə DYP-də rəsmiləşdirilmədən ödənişi (YNH-də günahkar sığortalı olduğu halda),
  • Zərər sığorta şirkəti tərəfindən qimətləndirildikdən sonra onun dəyərinin sığorta ödənişi kimi verilməsinin mümkünlüyü,
  • Daimi informasiya dəstəyi.


KASKO SIĞORTA

Sığorta obyekti:

  • Nəqliyyat vasitələri (NV).

Sığorta riskləri:

  • Yol-nəqliyyat hadisəsi,
  • Yanğın,
  • İldırım vurması,
  • Partlayış,
  • Təbii fəlakət (dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan),
  • Üçüncü şəxslərin pis niyyətlə NV-yə qarşı hərəkətləri,
  • Düşən əşyaların ziyan vurması,
  • Oğurluq (sındırılmaqla)
  • Sair təsadüfi və gözlənilməyən hadisələr nəticəsində vurulmuş ziyan.

MÜLKİ MƏSULİYYƏTİN SIĞORTASI

Sığorta obyekti:

  • Avtomobil sahibinin məsuliyyəti.

Sığorta növləri:

  • Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (NVSMMİS)
  • Avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası (NVSMMKS)

Sığorta hadisəsi:

  • Avtomobil sahibinin sığortalanmış avtomobili idarə edərkən digər şəxslərin həyatına, salamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi mükəlləfiyyəti.

SÜRÜCÜNÜN VƏ SƏRNIŞINLƏRIN BƏDBƏXT HADISƏLƏRDƏN SIĞORTASI

Sığorta Obyekti:

  • NV-də sürücünün və sərnişinlərin həyat və sağlamlıqları

Sığorta hadisəsi:

  • Avtomobildə olarkən, ya da ona minərkən və ya düşərkən baş vermiş bədbəxt hadisə nəticəsində sığortalının və sərnişinlərin sağlamlığına zərər dəyməsi və ya ölümü.

ƏLAVƏ TƏMİNATLAR

  • Sənəd toplanmasında köməklik — AXA MBASK sığorta hadisəsi ilə bağlı tələb olunan sənədləri toplayır,
  • Əlavə avadanlığın sığortası — avtomobildə quraşdırılmış və onun zavod komplektasiyasına daxil olmayan audio, video aparatlar, rabitə və xəbərdarlıq sistemləri, işıq-texniki və digər avadanlıq oğurlandıqda, zədələndikdə və ya məhv olduqda,
  • Qıfılların dəyişdirilməsi — sığortalanmış maşının açar və/və ya pultunun itməsi və ya oğurlanması ilə bağlı qıfılların, açar və/və ya pultun dəyişdirilməsi üzrə xərclərin ödənişi,
  • Təcili texniki yardım — sığorta hadisəsi (risk) olmayan hadisə nəticəsində avtomobilin xarab olduğu və ya sıradan çıxdığı halda sığortalanmış avtomobilə yollarda təcili texniki yardımın təşkil olunması,
  • Təcili tibbi yardım — zərurət yarandığı təqdirdə sığortalanmış avtomobilin sürücüsü və sərnişinlərinə təcili tibbi yardımın təşkil olunması,
  • Hadisənin araşdırılması ilə bağlı xərclər — sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxslərdən dəymiş zərərin əvəzinin qaytarılması ilə bağlı sığortalının məhkəmə xərclərinin (dövlət rüsumu və işin baxılması ilə bağlı xərclər), sığorta müqaviləsi ilə təmin olunmayan və /və ya məhkəmədən kənarda mübahisələrin həlli üçün cəlb olunmuş vəkillərin xidmətinin ödəniş xərclərinin sığortalıya ödənişi,
  • Digər avtomobilin idarə olunması — sığortalanmış avtomobildən fərqli digər avtomobili idarə edərkən sığortalının mülki məsuliyyəti təmin olunur.

AXA MBASK Sığorta Şirkəti

Qafarov Teymur (siğorta agenti)

Ünvan: İşəri şəhər, A.Zeynallı küç.11

Tel: 055 856 71 93, 070 595 28 88

E-mail: teymur@khazar-sa.az

Tim_insurance@yahoo.com