FİZİKİ ŞƏXSLƏRİN ƏMLAKININ SIĞORTASI

Daşınmaz əmlak Sizin sabaha əminliyinizin və stabilliyinizin rəhni, maliyyə dayanıqlılığınızın və dincliyinizin zəmanətidir. Məhz buna görə Sizin əmlak itdikdə və ya zədələndikdə maliyyə təhlükəsizliyinizin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

AXA MBASK Sığorta Şirkəti çox böyük əmlak sığortası təcrübəsinə və bu sığorta növündə ən qabaqcıl texnalogiyalara malikdir.

Biz Sizə ən yaxşı sığorta məhsullarını təklif edirik ki, onların özəllikləri ilə Siz artıq indi tanış ola bilərsiniz.

Bizim üstünlüklərimiz:

  • Hər bir müştəiyə fərdi yanaşma və hər bir sığortalı üçün fərdi tariflərin hesablanması,
  • Sizin evdə yanğına qarşı təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə tövsiyələrin verilməsi də daxil olmaqla risklərin minimallaşdırılması üzrə sığorta məsləhətlərinin verilməsi,
  • daimi informasiya dəstəyi,
  • ancaq Sizi maraqlandıran riskləri seçməklə Sizin öz sığorta təminatlarınızı formalaşdırmaq imkanı (bütün risklərə görə ödəməyə ehtiyac yoxdur, ancaq Sizi maraqlandıranlara görə ödəyin)
  •  

Sığorta Obyekti:

  • Mənzil,
  • Ev, bağ,
  • Məişət texnikası,
  • Mebel və digər əmlak.
  •  

Sığorta riskləri:

  • Yanğın,ildırım vurması,partlayış,
  • Təbii fəlakət (dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan),
  • İdarəolunan uçan aparatların və onların qalıqlarının düşməsi,
  • Boru və rezervuarların deşilməsi nəticəsində su boru sistemindən axan suyun əmlaka ziyan vurulması,
  • Üçüncü şəxslərin pis niyyətlə hərəkətləri, o cümlədən oğurluq (sındırılmaqla),
  • Yerüstü nəliyyat vasitələrinin vurması,
  • Sürüşmə,sel, torpaq çökmələri,
  • Digər risklər.
  •  

Əlavə təminat:

  • Üçüncü şəxslərin (o cümlədən qonşuların) əmlakına və səhhətinə vurduğu ziyana görə ev sahibinin məsuliyyətinin sığortası.

AXA MBASK Sığorta Şirkəti

Qafarov Teymur (siğorta agenti)

Ünvan: İşəri şəhər, A.Zeynallı küç.11

Tel: 055 856 71 93, 070 595 28 88

E-mail: teymur@khazar-sa.az

Tim_insurance@yahoo.com